Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəmanlıq salnaməsi”  adlı  görüş keçirlmişdir.

05.10.2021

05.10.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Tövlədərsi  kənd kitabxana  filialının işçiləri  44  günlük  Vətən  Müharibəsində qəhrəmanlıq  göstərərək  şəhidlik  zirvəsinə ucalan  Mayor  Mikayılov  Azər Əmrah oğlunun ailəsi  ilə “Qəhrəmanlıq salnaməsi”  adlı  görüş keçirlmişdir.

   Görüşdə  torpaqlarımızın  azadlığı  uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Tövlədərsi  kənd kitabxana filialının müdiri  Xudaquliyeva  Məlahət açaraqbildirdi ki, biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq,  şəhidlərmizin qəhrəmanlığı hər zaman gənclərimiz üçün bir örnək olacaqdır, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal  uğrunda şəhid olursa, bu,  xalqımızın qorxmaz  olmasından danışdı.

Görüşdə şəhidin  atası  Mikayılov  Əmrah  oğlumayor Mikayılov Azərin 27 sentyabr 2020-ci il tarixində  Azərbaycan  Silahlı Qüvvələri tərəfindən  Ermənistanın işlağı altında olan ərazilərin  azad edilməsi üçün başlanan əks-hücum zamanı Cəbrayıl rayonun,  Füzuli rayonun azad olunması uğrunda qəhrəmanlıq göstərərək 12.10.2020-ci il tarixində şəhidlik zirvəsinəucalmasından danışdı.

Ölümündən  sonra  Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə  “Qarabağ”  ordeni, “Vətən uğrunda” və “Cəbrayıln azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”  medalları  ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin