05.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı II Qarabağ müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar “Şəhid millətin ən uca səsidir” adlı onlayn görüş keçirdi. Görüşü 1 saylı kitabxana filialının müdiri Züleyxa Məlikova açaraq, Azərbaycanın apardığı 44 günlük müharibə ədalətli və müqəddəs Vətən müharibəsi idi deyə başlayaraq tədbiri açıq elan etdi. Daha sonra tədbirdə şəhid ölümündən sonra “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Fizulinin azad olunmasına görə” medalı, “Şuşanın azad edilməsinə görə” medalı ilə təltif olunmuş Taqi Əsgərovun ailəsinə söz verildi. Atası Nizami Əsgərov oğlunun şücaətindən, el arasında sevilməsindən, şəhidliyə layiqli övlad olmasından bəhs etdi. Anası Aynurə Hüseynova oğlundan hələ də zəng gözlədiyindən sanki, oğlunun ölmədiyindən, geri qayıdacağından gözüyaşlı bəhs etdi. Qardaşı Səməndər Əsgərov belə bir qardaşı olduğu üçün fəxr etdiyini, həmçinin özünündə müharibədə iştirak etdiyindən və şəhid olmamasından heyfisləndiyini bildirdi. Daha sonra qonşusu Təranə Hüseynova, döyüş yoldaşı Murad Nurani Taqi haqqında xatirələrindən bəhs etdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aləmzər Əlizadə şəhidliyin uca zirvəsindən bəhs etdi. Gəncə Dövlət Universitetinin professoru, tarixçi Hüseyn Bəxtiyarlı 44 günlük müharibəyə çatanadək keçdiyimiz yolun tarixindən bəhs etdi. Sonda isə söz MKS-nin direktor əvəzi Fəridə Qədimovaya verildi. Fəridə Qədimova öz çıxışında şəhid ailəsinə səbr dilədi və bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi