05.10.2021
4 oktyabr 2021 –ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxana Cəbrayıl rayonunun işğaldan azad olunma gününə həsr edilmiş “ Doğma yurda qayıtdıq” adlı tədbir keçirdi.
Tədbiri Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açdı. Tədbirdə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Təzəgül Abbasova 30 il bundan qabaq Cəbrayılın işğalından danışaraq tədbir iştirakçılarına məlumat verdi.
Kitabxanaçı Ülviyyə Kazımova Cəbrayıl rayonu, onun tarixi abidələri, şəhidləri haqqında geniş məlumat verdi.
Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva yaşadığımız bu Zəfər gününə görə Müzəffər ordumuza , onun Ali baş Komandanı prezident İlham Əliyevə öz təşəkkürünü bildirdi.
Sonda tədbir iştirakçıları Cəbrayıl döyüşlərinə həsr edilmiş videoçarxa baxdılar.