Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəbrayıl rayonunun azad olunmasının il dönümü ilə bağlı tədbir keçirildi.

05.10.2021

04.10.2021- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət  Mərkəzində Azərbaycanın gözəl guşələrindən olan Cəbrayıl rayonunun azad olunmasının il dönümü ilə bağlı tədbir keçirildi.
    Tədbirdə  ilk öncə vətən mühatibəsində şəhid olmuş igidlərimizin əziz xatirəsi Bir dəqiqəlik sükutla yad edildi.
Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif qeyd eydi ki, bildiyimiz kimi 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək 4 Oktyabrda  Cəbrayıl rayonunu mənfur düşmənlərimizdən azad etdilər.
    Azərbqycanın müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16- da Azərbaycan Prezidenti  Cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsübdə Azərbaycan bayrağını qaldırdı. 2020- ci il noyabrın 26- da " Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 12523 hərbi qulluqçu medalla təltif edildi.