04.10.2021
04.10.2021-ci il tarixində Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon mədəniyyət evinin və Xocalı şəhər 5 saylı klubun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Xəqani Nəsirovun ailəsi ziyarət edildi. Ziyarətdə mədəniyyət evinin və 5 saylı klubun işçiləri iştirak etdilər.
Ziyarətə gələnlər şəhid Xəqani Nəsirova Allahdan rəhmət, ailəsinə səbr dilədilər.
Xocalı rayon mədəniyyət evinin direktor əvəzi Təranə Qasımova şəhid Xəqani Nəsirovun vətənpərvərliyindən, onun döyüşdə göstərdiyi qəhramanlığından danışdı. O bil-dirdi ki, şəhidimiz sağlığında el-oba, camaat arasında xoş əxlaqına, tərbiyəsinə görə sayılıb seçilən gənclərdən idi. Təranə Qasımova aldığı bu tərbiyəyə görə onun valideynlərinin qarşısında baş əydiyini bildirdi.
Xocalı şəhər 5 saylı klubun direktoru Diliş Şahverdiyeva çıxış edərək bildirdi ki, şəhid Xəqani Nəsirov onunla qohum olduğu üçün onu yaxından tanıyırdı. O qeyd etdi ki, şəhid Xəqani qohumluq, qonşuluq münasibətlərinə çox diqqət yetirər, birinin çətinliyi olan zaman həmin çətinliyin aradan qalxması üçün əlindən gələni edərdi. Məhz bu üstün cəhət-lərinə görə Allah onu ölümün ən üstün zirvəsi olan şəhadətlə şərəfləndirmişdir.
Sonda şəhidlərimizin əziz ruhuna dualar edildi.