Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Dövlət Kukla Teatrı 36-cı teatr mövsümünün açılışı keçirilmişdir

01.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin, “Cavad xan” Tarix Mədəniyyət Fondunun, Qardaşlar Qrupunun və Gəncə Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə Gəncə Dövlət Kukla Teatrının 36-cı teatr mövsümünü Qrim Qardaşlarının “Bremen Musiqiçiləri” tamaşası ilə açdı.

Teatr mövsümünün ilk açılış günü şəhid və qazi övladlarına tamaşa nümayiş etdirilmişdir.

Balaca tamaşaçılarımız tamaşanı böyük sevinc hissi ilə izlədilər.

Tamaşadan sonra balacalar vətənpərvərlik haqqında şeirlər səsləndirdilər.

Sonra “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov və Qardaşlar Qrupunun rəhbəri Elman Allahverdiyev uşaqlar üçün təşkil edilmiş hədiyyələri onlara təqdim etdilər.

Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Gəncə Dövlət Kukla Teatrının bir qrup yaradıcı heyətinə; Xudayət Əsgərova, Mahirə Haqverdiyevaya, Əntiqə Bədirovaya, Sara Məmmədovaya, Məhəmməd Hacıyevə, Zülfiyyə Əliyevaya, Vətən Müharibəsi iştirakçısı Şamil Məmmədliyə və texniki işçilərdən Zaur Mustafayevə, Babək Nəcəfova, Anar Əsgərova pandemiya dövründə səmərəli çalışdıqlarına görə diplomları ilə təltif etmişdir.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Respublikanın Əməkdar artisti Xudayət Əsgərov, rəssamı Əntiqə Bədirova, musiqi tərtibatçısı Mahirə Haqverdiyevadır. Əsas rollarda Vətən Müharibəsi iştirakçısı Şamil Məmmədli, aktrisa Zülfiyə Əliyeva, Nahidə Namazova, Səməd Xanəhmədov, Yeganə Məmmədova, Elmar Vəliyev iştirak etmişdir.