Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qarabağ Azərbaycandır” adlı onlayn tədbir keçirilib

01.10.2021

29. 09. 2021-ci il tarixində II Qarabağ Müharibəsi Şəhidlərinin anım günü ilə bağlı Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin şəhər kitabxana filialı II Qarabağ müharibəsi şəhidlərinin anım günü ilə bağlı ,"Qarabağ Azərbaycandır" adlı onlayn  Qarabağ şəhidi Çavuş Abdullayev Qəzənfərin ailəsi ilə görüş keçirtdi. Tədbiri Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova açıq elan etdi. Tədbirdə bütün Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edildi. Bahar Gözəlova çıxışında qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən II Qarabaq müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yollarında canlarını fəda etmiş əskər və zabitlərimizə,  bütün şəhidlərimizə ehtiram əlaməti olaraq Azərbaycanda həmçinin Samux rayonunda da  anım günü qeyd edildi. II Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş oğullarımızdan biri də Samux rayon Ziyadlı kənd sakini Şəhid Çavuş Abdullayev Qəzənfər Nəcəf oğludur. Abdullayev Qəzənfər əsgərlərinin həyatını xilas edərək şəhidlik zirvəsinə ucalıb. O müharibənin ilk günlərindən ön cəbhədə olub. 
Samux rayon MKS- nin direktor vəzifəsini müvəqqəti icra edən Telli Nəsibova çıxışında Şəhid Abdullayev Qəzənfərin vətənpərvərliyi, mərdliyi və göstərdiyi şücaətindən danışdı. 
Onlayn tədbirdə  Samux şəhər kitabxanasının multimedia resursları mütəxəssisi Samirə Ələkbərovanın təqdimatında Çavuş  Abdullayev Qəzənfər haqqında hazırlanmış videocarx nümayiş etdirildi. Şəhid Çavuş Abdullayev Qəzənfərin  anası Zəminə Salmanovaya onlayn tədbirdə çıxış üçün söz verildi. Zəminə Salmanova ilə oğlu Şəhid Abdullayev Qəzənfər haqqında söhbətlər aparıldı.  Şəhidin anası Zəminə Salmanova oğlu  Qəzənfərin xatirələrini iştirakçılarla bölüşdü.
Samux şəhər kitabxanasının fəal oxucusu, Bakı şəhər 245 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Leyla Əlizadə "Şəhidlər" şeirini səsləndirdi.
Ziyadlı kənd orta məktəbin müəllimləri Züleyxa Hüseynova, Səmalə Səfərova, Gülarə Cabbarovada çıxışlarında Şəhid Qəzənfər Abdullayevin göstərdiyi şücaətləri, qəhrəmanlıqları iştirakçıların diqqətinə çatdırdılar. Belə vətənpərvər ruhda oğul böyütdüyü üçün anaya minnətdarlıqlarını bildirdilər. Tədbirin gedişində MKS-nin oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyevayada söz verildi. Vüsalə Əliyeva "Şəhidlər ölməz, vətən bölünməz" şüarı altında çıxışını başa vurdu. Samux şəhər kitatabxana filialının fəal oxucuları, Samux şəhər 3 saylı tam orta məktəbin şagirdləri Nilufər Hüseynli, Nərmin Qasımova, Xədicə Verdiyeva "Sən qalibsən Azərbaycan" seirini səsləndirdilər. Tədbirin sonunda Şəhid Çavuş  Qəzənfər Abdullayevin əziz xatirəsinə həsr edilmiş "Şəhid məktubu" adlı videoçarx nümayiş olundu.