01.10.2021
29 sentyabr 2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İstisu kənd kitabxana işçiləri 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan, könüllü olaraq döyüşə qatılan Qocayev Asif Yolçu oğlunun ailəsi ilə “Şəhadətlik zirvəsi” adlı görüş keçirilmişdir.
Görüşdə İstisu kənd kitabxansının kitabxanaçısı Səlimova Esmira çıxış edərək bildirdi ki, bütün yüksəkliklərdən ucada dayanan zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hərkəsə nəsib olmur. Vətən , xalq sevgisi idi onlara cəsarət verən, sıralarını möhkəm edən, illər ötüb, qərinələr dolaşsa da, şəhidlərin heç vaxt unudulmamasından, həmişə minnətdarlıq duyğuları ilə yada salınmasından xatirələrinə dərin ehtiram bəslənilməsindən danışdı. Şəhidin anası Qocayeva Gülnarə oğlunun Vətənə, torpağa bağlılığından, döyüş meydanında özü yaralı olduğu halda xeyli sayda yaralı hərbiçi yoldaşlarına kömək edərkən şəhidlik zirvəsinə ucalmasından danışdı. Qocayev Asif Yolçu oğlu 8 noyabr 2020-ci il tarixində Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qocayev Asif Yolçu oğlu Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Qocayev Asif Yolçu oğlu göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Şuşanın azad olunması” uğrunda medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin.