Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şəhidləri unutmayaq” adlı  görüş keçirilmişdir.

30.09.2021

29.09.2021- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə Baş məsləhətçisi Əliyev Süleyman, Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif və Mədəniyyət Mərkəzi kollektivinin təşkilatçılığı ilə birgə II- ci Qarabağ müharibəsində şəhid olmuş Ağamalıyev Ağamməd Elgiz oğlunun ailəsilə  " Şəhidləri unutmayaq" adlı  görüş keçirilmişdir.
   Tədbirdə şəhid haqqında geniş söhbət açılmış onun keçdiyi döyüş yolundan döyüşlərdə iştirak etməsindən danışıldı. Şəhid Ağamalıyev Ağammədin atası Elgiz Ağamalıyev oğlunun keçdiyi döyüş yolundan onun da digər igidlərimiz kimi göstərdiyi qəhrəmanlığından danışdı. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Ağamalıyev Ağamməd Elgiz oğlu ölümündən sonra " Füzulinin azad olunmasına görə" " Vətən uğrunda", və  " İgidliyə görə" medalları ilə təltif olunmuşdur.