Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şəhidləri unutmayaq” adlı görüş keçirilib

30.09.2021

29. 09.2021- ci il tarixdə Gəncən Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə Baş Məsləhətçi Əliyev Süleyman, Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif və Mədəniyyət Mərkəzinin kollektivinin təşkilatçılığı ilə birgə  II- ci Qarabağ müharibəsində Şəhid olmuş Azərbaycan Ordusunun mayoru olan  Asəf Maşıyev Volodya oğlunun ailəsi ilə " Şəhidləri unutmayaq" adlı görüş keçirildi.
      Tədbirdə ilk öncə şəhidin dəfn olunduğu qəbiristanlıq ziyarət olundu. Onun ruhuna dualar oxunaraq məzarı üzərinə gül dəstələri düzüldü. Qəhrəmanlıq göstərərək canından keçən igid Asəf Maşıyevin ailəsinə dərin hüzünlə baş sağlığı verildi və şəhidlərimizin ruhuna dualar oxundu.
    Asəf Maşıyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı itgin düşüb.70 gündən sonra onun nəşi tapılıb və ailəsinə təhvil verilib.
    Azərbaycanın ərazi  bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  Asəf Maşıyev ölümendən sonra " Vətən uğrunda",  24.06.2021-ci il tarixli sərəncamına əsasən isə " İgidliyə görə", medalları ilə təltif olunmuşdur.