30.09.2021
Bu gün M.C.Paşayev Ev Muzeyində böyük yazıçının anım günü keçirilib. Muzey fəaliyyətə başladığı gündən hər il bu dəyərli insan böyük fəxrlə anılır. Yazıçının xatirəsinin işığına onun tələbələri, yazıçı və şairlər eyni zamanda muzeyin əməkdaşları yığışır. Xatirələr çözələnir, söz sözə calanır. Çıxış edən hər kəs onun şəxsiyyətindən, müdrikliyindən, elmi və ədəbi fəaliyyətindən böyük həvəslə danışır.
Bu gün muzeyin bələdçisi Dilbər Orucova tədbiri açaraq ilk sözü Gəncə Yazarlar birliyinin sədri Xəzangül Hüseynovaya verdi. Xəzangül xanım M.C.Paşayevin Gəncə ədəbi mühitində yetişərək Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinə çevrilməyindən , " Gəncənin səsi" qəzetinin redaktoru, peşəkar, jurnalist yazıçının tələbəsi Rəfiqə Sadıqova ali səviyyəli müəllimliyindən və insani keyfiyyətlərindən danışdı. Sonra şair - publisist İnqilab İsaq Mir Cəlalın elmi araşdırmalarından, Azərbaycan ədəbiyyatşünaslığına verdiyi töhfələrdən söz açdı.
Anım tədbirində şairə Aləmzar Əlizadə və gənc şairə Minayə Abdullayeva da çıxış edərək yazıçı haqqında xoş sözlər söylədilər .Anım gününə həsr olunmuş tədbir muzeyin direktoru İradə İbayevanın çıxışı ilə sona çatdı. O, bu gün muzeyə gələn hər kəsə təşəkkür edərək öz minnətdarlığını bildirdi .