Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “Tarix  yazan  qəhrəmanlar” adlı  görüş  keçirilmişdir.

29.09.2021

28 sentyabr  2021-ci il tarixində  Kəlbəcər  rayon Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin  Almalıq  kənd  kitabxana  filialının və Yanşaq  kənd  kitabxana  filialının  təşkilatçılığı  ilə 44  günlük  Vətən  Müharibəsində  qəhrəmanlıq  göstərərək  şəhidlik  zirvəsinə  ucalan  MAXE  (müddətdən  artıq  xidmət  edən )  Minaatanların  İdarəetmə  komandiri  Məmmədov  Elşən  Dağıstan oğlunun ailəsi ilə  “Tarix  yazan  qəhrəmanlar” adlı  görüş  keçirilmişdir.

Görüşdə  Almalıq  kənd  kitabxana  filialının  müdiri  Mehralıyev  Adil  çıxış edərək , Azərbaycanın  ərazi  bütövlüyü,  suverenliyi  uğrunda  şəhid  olan Vətən oğullarının  qəhrəmanlığından  danışdı. Şəhidin  atası  Məmmədov  Dağıstan oğlunun  Qarabağda  Azərbaycan  xalqının  apardığı  haqq  savaşında yaxından iştirak  etmiş,  döyüş  meydanında  xeyli sayda yaralı  hərbiçi  yoldaşlarını  çıxarıb və  son  nəfəsinə  qədər  döyüşüb  şəhid  olmağından  danışdı.

Məmmədov  Elşən  Dağıstan oğlu 19 oktyabr  2020-ci il tarixində  Suqovuşan uğrunda  gedən  döyüşlərdə  şəhidlik  zirvəsinə  ucalıb. Bərdə  rayonun  Qazaxlar kənd  qəbirstanlığında  dəfn  olunub.

Görüşün  sonunda  şəhidin  məzarı  ziyarət  olundu.

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  müvafiq  Sərəncamına  əsasən  Məmmədov  Elşən  Dağıstan  oğlu  “Vətən uğrunda”  və  “Suqovuşanın azad olunması”  uğrunda  medalları  ilə  təltif  olunmuşdur.