Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarix yazan qəhrəmanlar adlı “görüş keçirilib

29.09.2021

28 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi kitabxana sisteminin təşəbbüsü ilə  Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,Vətən müharibəsinin Şəhidi  Şəhid Nürəddin Hümbətovun ailəsi “Tarix yazan Qəhrəmanlar” “Qəhrəman Şəhid Nürəddin”adlı görüş keçirildi.

İlk öncə Şəhidin məzarı ziyarət olundu.!Bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözüylə Samux MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Nəsibova Telli açaraq 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalan İgid Şəhid Nürəddin haqqında danışdı. Şəhid anası Hümbətova Pərvanə Şəhid oğlunun 44gunluk Savaş yolundan qürurla danışdı.
Nurəddin Hümbətov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Suqovuşanın, Füzulinin, Hadrutun və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurəddin Hümbətov 9 noyabr 2020-ci ildə Şuşa—Xocavənd istqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 18 noyabr 2020-ci ildə Samux şəhər qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Döyüşdə fərqlənməyə görə" medalı ilə, Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Kəlbəcərin azad olunmasına görə" medalı ilə və Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir
Sonda Şəhid anası ilə  Samux MKS-nin kollektivi xatirə fotosu çəkildi.