Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən uğrunda vuruşan ölməzlər” adlı onlayn görüş keçirilib

29.09.2021

28  sentyabr  2021-ci il  tarixində  Samux rayon  MKS-nin  Oxuculara  xidmət şöbəsi  44 günlük  Vətən  müharibəsi şəhidlərinin əziz xatirəsinə  həsr  olunmuş  “Vətən  uğrunda  vuruşan  ölməzlər”  adlı  onlayn  anım günü keçirib. Tədbir Vətən müharibəsində  qəhrəmancasına həlak olan Samux rayonunun  ilk şəhidləri  Bəylərov Seymur və Ərəbov Orxanın  anım  günlərinə  həsr olunmuşdur.

İlk növbədə "Qarabağ Azərbaycandır!” deyərək Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğullarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Onlayn  anım günündə  hər iki qəhrəmanların  hayatı haqqında  videoçarxlar nümaiş olundu.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin  Samux  rayonu  üzrə  baş məsləhətçisi  Süleyman Əliyev  qeyd etdi ki, 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi oldu. Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də Xeyirin Şər üzərində qələbəsi oldu. 

Sonra  Samux rayon  MKS-nin direktoru  Telli  Nəsibova  Qarabağın tam bərpası, yüksəlişi, burada çəkilən hər yol, tikilən hər ev müqəddəs şəhidlərimizə qoyulmuş abidə olacağı, torpaq, millətin namusu, heysiyyəti uğrunda canından keçmiş şəhidlərimizin həyatları və ölümlərinin yeni nəsillər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğu vurğulandı.

Tədbirdə Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva qeyd etdi ki, şəhidlik uca bir  zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Gənclərimizə qəhrəmanlıq nümunəsidi şəhidlərimiz.Siz qəlbimizdə daim yaşayacaqsız.

İnformasiya resursları şöbəsinin müdiri  Reyhan  Verdiyeva  şəhidlərə həsr olunmuş Elxan Yurdoğlunun “Haqqınızı halal edin şəhidlər” şeirini səsləndirdi. Oxuculara xidmət şöbəsinin işçiləri  Ləman Əliyeva və Aytac Hümbətova şəhidlərimiz  haqqında  geniş məlumat verdilər və bildirdilər ki,uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir.Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.