Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şəhidlərimizi unutmayaq” adlı  görüş keçirilib

29.09.2021

27.09.2021- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi kollektivinin təşkilatçılığı ilə birgə rayonun Lək kəndində Şəhid  Həmzəyev Arif Muradcan oğlunun ailəsilə birgə" Şəhidlərimizi unutmayaq" adlı  görüş keçirildi.
   Tədbiri giriş sözü ilə açan Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə Baş məsləhətçisi Əliyev Süleyman 44 günlük Vətən Müharibəsində igidlik nümayiş etdirən Qəhrəmanlarımızdan danışdı. Vətənin onlarla fəxr etdiyini və onların ailələrinə dərin hüzünlə səbr dilədiyini bildirdi. Bununla yanaşı Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif dərin hüzünlə başsağlığı verərək " Şəhidlərimizi unutmayaq" layihəsinin bundan sonra da Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən davamlı olaraq tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı. Arif Həmzəyev Vətən müharibəsində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olmuşdur.Onun ölümündən sonra " Vətən uğrunda", " Cəbrayıl uğrunda", " Qubadlının azadlığı" uğrunda medalları ilə təltif olunmasından danışdı. Sonda Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif  və Mədəniyyət Mərkəzinin işçiləri şəhidlərimizə allahdan rəhmət, qazilərimizə uzun ömür dilədilər.