Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Özümüz Qarabağ,Sözümüz Qarabağ” mövzusunda onlayn tədbir keçirildi.

29.09.2021

28.09.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq  Şöbəsi  II Qarabağ Müharibəsinin başlandığı gün  27 sentyabr 2020-ci il şəhidlərimizin anım günü ilə əlaqədar olaraq  “Özümüz Qarabağ,Sözümüz Qarabağ” mövzusunda onlayın tədbir keçirildi. Tədbirdə  torpaqlarımızın  azadlığı  uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Uşaq Şöbəsinin müdiri Günel Qasımova açaraq.44 günlük  Vətən  Müharibəsində qəhrəmanlıq  göstərərək  şəhidlik  zirvəsinə  ucalan, Palkovnik Leytinant  Əliyev Anar  Vaqif oğlu,şəhid Qabilov İsmayıl Əli oğlu,qazi Əliyev  Fərhad Rafiq oğlu haqqında danışdı. Tədbirdə  şəhid   Anar Əliyevin həyat  yoldaşı  Vüsalə xanım ,şəhid Qabilov İsmayılın həyat yoldaşı Nəsibə xanım 27 sentyabr  2020-ci il də  başlayan  Vətən Müharibəsində həyat yoldaşlarının şərəfli  döyüş  yolundan,qazi Əliyev  Fərhad Rafiq oğlu Vətən Müharibəsində göstərdiyi qəhrəmalıqdan,yanında qəhrəmalıqla şəhid olan yoldaşlarından danışdı.

 Tədbirdə  “Kəlbəcər Harayı”  qəzetinin redaktoru Köçəri Cəfərov,1 saylı Şəhər kitabxana filialının kitabxanaçısı Sevinc Abbasova, Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva çıxış edərək Azərbaycan xalqının Vətənə  necə  bağlılığını,  Ali  Baş  Kamandanın  ətrafında  sıx birləşən insanlarımızın inamı  və  Azərbaycan  ordusunun məğlub edilməzliyindən, hünəri  və qətiyyətindən danışdılar.

Tədbirdə Kəlbəcər rayon 11 saylı orta məktəbin şagirdləri Mədinə Məmmədova,Əmraslanova Sunay,Əmraslanova Yasəmən ,Leyla Nəsibova,9 saylı tam orta məktəbin şagirdi,Xəlilli Səkinə şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

   Tədbirdə Mərkəzi Kitabxana və kənd kitabxana filiallarının əməkdaşları  iştirak edirdilər.