Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfər yolunun başlanğıcı” adlı onlayn tədbir keçirilib

27.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 27.09.2021-ci il tarixdə 27 sentyabr II Qarabağ Vətən müharibəsinin anım günü və Şəhidlərin xatirəsinə həsr edilmiş "Zəfər yolunun başlanğıcı" adlı onlayn tədbir keçirdi.

Tədbiri açan kitabxana filialının müdiri Rahilə Qasımova söylədi ki, 27 sentyabr tarixi Azərbaycanın müasir tarixinə Zəfər yürüşünün başlandığı tarix kimi yazılıb.  Vətənin işğaldan azad olunması uğrunda neçə-neçə vətən övladlarının qanı torpağa qarışıdı. Buna görə də hər qarış vətən torpağı müqəddəsdir.
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Azad Bayramov,  Şəhid Vidadi İsrafilovun atası Vaqif  İsrafilov, Gəncə Dövlət Universitetinin Ümumi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı,  II Qarabağ müharibəsi iştirakçısı kapitan Mətin Abdinov,  II Qarabağ müharibəsi qazisi İnqilab Rüstəmov, həmçinin həqiqi hərbi xidmətdə olan kiçik çavuş Cəfər Məmmədov və Nurani Murad,  AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova çıxış etdilər. 
Tədbir iştirakçıları vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən  torpaqlarımızda dalğalandırmış ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə,  bütün şəhidlərimizə dərin ehtiram olaraq minnətdarlıqlarını bildirdilər və qarşılarında baş əydiklərini söylədilər. Müharibə zamanı xalq, ordu Ali Baş Komandan ətrafında  bir yumruq kimi birləşərək  düşmənə ağır sarsıdıcı zərbələr vurdular. Bu da onu göstərdi ki, Azərbaycan xalqının  tutduğu yol haqq, ədalət yoludur. 
Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək, qiymətləndirir, şəhidlərimizin xatirəsini uca tutur.
Sonda Vətən müharibəsinə həsr edilmiş  videoçarx nümayiş etdirildi.