Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər” adlı oxucu konfransı keçirilib

25.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialı 25.09.2021-ci il tarixində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər” adlı oxucu konfransı keçirdi.

Tədbiri 9 saylı filialın müdir əvəzi Nərgiz Məmmədova açıq elan edərək Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında məlumat verdikdən sonra sözü Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi üzrə Nizami Gəncəvi Mərkəzinin Böyük elmi işçisi filalogiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarova verdi.O, Mütəfəkkir şairin çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymasından danışdı. 8 mart adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Validə Hüseynova Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”sinin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanmasından, ADPU-nun III kurs tələbəsi Hüseyn Əliyev Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmasından, Avropa Azərbaycan məktəbinin riyaziyyat müəlliməsi Sevil Əliyeva “Laməkan şair Nizami Gəncəvi” mövzusunda  danışdılar. 9 saylı filialın böyük kitabxanaçısı Təranə Həsənova Nizami Gəncəvinin  hikmətli sözləri və aforizmləri haqqında məlumat verdi. Tədbiirin sonunda Gəncə şəhər 26 saylı riyaziyyat və informatika təmayüllü Lisey məktəbin 3 sinif şagirdi Nuray Məmmədova , Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin şagirdləri Qəşəmli Nuran, Qəşəmli Mehri, Qəşəmli Nuray, Qəşəmli İnci, Qəşəmli Gülçin şairin qəzəl və şeirlərini söylədilər.