Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qələbəyə aparan zəfər günü” adlı tematik konfrans keçirilib

26.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19saylı kitabxana filialı 26 sentyabr 2021-ci il tarixdə 27 sentyabr Vətən müharibəsinin başladığı günə həsr olunmuş “Qələbəyə aparan zəfər günü” adlı tematik konfrans keçirdi.  Tədbirdə Azərbaycan Respublikasının himni səsləndi. Sonra  19 saylı kitabxana filialının müdiri  Elza Əliyeva tədbiri  açıq elan etdi  və Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.  Konfransda  Gəncə şəhər Şah İsmayıl Xətai  adına 13 saylı  tam orta məktəbin direktoru  Gülnara Hüseynova, təlim tərbiyə işləri üzrə direktor müavini Aygün Ələkbərova,  tarix müəlliməsi  Vəfa Haciyeva, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova,Qətibə Mustafayeva, 8 mart adına orta məktəbin azərbaycan dili və ədəbiyyat müəlliməsi Validə Hüseynova, Avropa-Azərbaycan məktəbinin riyaziyyat müəlliməsi Sevil Əliyeva, ADPU-nun III kurs tələbəsi Hüseyn Əliyev  çıxışlar etdilər..  13saylı orta məktəbin  8a sinif şagirdlərindən  Aygül Alnağıyeva “Tovuz hadisələri”,”Kəlbəcər”, Gəncə şəhər 1 saylı tam orta məktəbin 11 sinif şagirdi Aygün Nəcəfova “Qarabağ müharibəsinin başlaması” və şəhid Rabil İsmayılov haqqında ingilis dilində, 13 saylı  tam orta məktəbin 8a Nərmin Vəliyeva ingilis dilində “Cəbrayıl”, Amil Nəsibov “Fizuli-Xankəndi”, Tunar Hüseynov“Zəngilan”, Tahir Hacızadə “Qubadlı”, Aytac Cəfərova “Şuşa”, Aynur Quliyeva “Xocavənd” və “Qələbə” şeri, Tonya Əsgərova “Xocalı” və “Əsgər”şeri, Vaqif Hümbətov “Laçın”, Nərmin Vəliyeva “Ali Baş Komandan İlham Əliyev”adlı videoçarxlar təqdim edərək çıxışlar etdilər. Tədbir “Qarabağ Azərbaycanındır!” adlı videoçarx yayımlandıqdan sonra  26 saylı Lisey məktəbinin 3 sinif şagirdi Nuray Məmmədovanın ifasında   xalq şairi Nəriman Həsənzadənini “Azərbaycan” şeri ilə sona çatdı.