Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalılar Vətən Müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

27.09.2021

27.09.2021-ci il tarixində Gəncə şəhər Yeni qəsəbə 2-də yerləşən Kosalar kənd Mədəniyyət evi, Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi, Yaloba kənd klub, Başkənd kənd klubu, Cavadlar kənd klubu, Yaloba kənd kitabxana filialı, Cavadlar kənd kitabxana filialı, Kosalar kənd kitabxana filialının kollektivi ilə birgə anım günü qeyd olundu.

İlk öncə Xocalı Soyqırımı abidəsi ziyarət edildi, abidənin önünə gül dəstələri qoyuldu. Sonra tədbir Kosalar kənd mədəniyyət evinin akt zalında dəyirmi masa ətrafında davam etdi.

İlk olaraq şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

Kosalar kənd mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov Vətən müharibəsi zamanı zabitlərimizin, əsgərlərimizin rəşadəti, qəhrəmanlığı haqqında məlumat verdi.

Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tofiq Məmmədov müzəffər Ali Baş Komandamızın qətiyyətli siyasəti, ordumuzun güclənməsinə göstərdiyi dəstəyi qeyd etdi və bildirdi ki, nə qədər ki, bir xalq olaraq cənab Prezidentin ətrafında sıx birləşəcəyik dövlətimizin uğurları hələ çox olacaqdır. Sonda bütün iştirakçılar şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilədi.