27.09.2021
27.09.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi 44 günlük Vətən Müharibəsi şəhidlərinin ildönümü – Anım Günü münasibətilə şəhidlərin məzarlarını ziyarət etdilər, məzarları önünə gül dəstələri qoyuldu.
Sonra məktəbdə Anım gününə həsr olunmuş tədbir keçirildi.
Məktəbin direktor Aynur Şixiyeva tədbir iştirakçılarını salamlayaraq 27 sentyabr Anım günü ilə əlaqədar Azərbaycan şəhidlərlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuz tərəfindən II Qarabağ Vətən Müharibəsində qazanılan tarixi Qələbədən danışdı.
Aynur Şixiyeva şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğını da diqqət çatdırdı.
Tədbirdə məktəbin müəllim və şagirdləri məruzələrlə çıxış etdilər. II Qarabağ Vətən Müharibəsi zamanı baş vermiş real hadisələr məktəbin müəllimləri Urfan Şixiyev, Esmira Atai, Vüsalə İsmayılova tərəfindən canlandırıldı. Məktəbin müəllimləri Günel Məmmədova və Nərmin Qənbərova tərtib etdiyi səhnələr şagirdlər tərəfindən səhnələşdirilmişdir.
Məktəbin müəllimi Sara Əkbərova könüllü operatoru olduğu “Qələbə Şəhidləri” adlı kitabın 3-cü cildini məktəbin kitab fonduna hədiyyə etdi. (kitabın tərtib edəni Aran Uşaq İctimai Birliyinin sədri İbrahim Hüseynov )
Tədbirin sonunda şəhid Xudayarın dillər əzbərinə çevrilmiş “Xudayar təsnifi” ifa edildi.