Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı görüş keçirilmişdir.

27.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Sarov kənd Mədəniyyət  evi Kitabxana filialı, Qazançı kənd kulubunun birgə təşkilatçılığı ilə rayonun Yəhərçi Qazaxlar  kəndində Şəhid Alıyev Laçın Rasim oğlunun  evində rayonun Yəhərçi Qazaxlar, Sarov və Qazançı kəndlərindən olan Birinci Qarabağ Müharibəsi Vətən Müharibəsi Şəhid  və Qazi ailələri ilə birgə "Şəhidlərimizi tanıyaq və tanıdaq" adlı görüş keçirilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Şəhid ailələri Qazilər  ziyalılar o,cümlədən Şəhid Laçın Alıyevin döyüş yoldaşları  iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Tağıyev 44 günlük Vətən Müharibəsində igidlik nümayiş etdirən rayonun Yəhərçi Qazaxlar  kənd Şəhidi Laçın Alıyevin  sücaətliyindən danışdı. 
Bununla yanaşı Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından Şəhid anası Məlahət Cavadivaya  dərin hüzünlə başsağlığı verərək "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsinin bundanda sonra mədəniyyət mərkəzinin  əməkdaşları tərəfindən davamlı olaraq tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.

Tədbirdə çıxış edən Şəhid dayısı Elman Cavadov, Tam orta məktəbin direktoru Ruhin Abdullayev, Sarov kənd Mədəniyyət evinin direktoru Sevda Hüseynova, Qazançı kənd kulubunun müdiri Gülnar Hətəmova o,cümlədən kitabxana filialının rəhbərləri Turanə Məmmədova və Laçın Alıyevin döyüş yoldaşları  şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür dilədilər.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy  rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev tərəfindən hazırlanmış 8 Noyabr Zəfər  Günü simvoli Xarı Bülbülün tablosu 44 günlük Vətən Müharibəsi Şəhidi Laçın Alıyevin Qazi Osman Piriyevin  ailə üzvülərinə  təqdim edilmişdir.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.