Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı görüş keçirilmişdir.

27.09.2021

25.09.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Xoylu kənd Mədəniyyət  evi Tarix Diyarşünaslıq Muzeyi, kənd kulubu və Kitabxana filialının təskilatçılığı  ilə birgə rayonun  Xoylu  kəndində Şəhid Elgün Fuad oğlu Xıdırovun  evində rayonun Yolqullar və Xoylu kəndlərindən olan Birinci Qarabağ Müharibəsi Vətən Müharibəsi Şəhid  və Qazi ailələri ilə birgə "Şəhidlərimizi tanıyaq və tanıdaq" adlı görüş keçirilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Birinci Qarabağ Müharibəsi  Şəhid ailələri, Vətən Müharibəsinin Şəhid ailələri, ziyalılar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Tağıyev 44 günlük Vətən Müharibəsində igidlik nümayiş etdirən Goranboylu Şəhidlərimizin sücaətliyindən danışdı. 
Bununla yanaşı Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından dərin hüzünlə başsağlığı verərək "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsinin bundanda sonra mədəniyyət mərkəzinin  əməkdaşları tərəfindən davamlı olaraq tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.

Tədbirdə çıxış edən Şəhid atası Fuad Xıdırov,Qürbət Məmmədov, Şəhid əmisi Ədalət Heydərov Şəhid anaları Nailə Namazova,Xumar Xıdırova, Nazilə Məmmədova, Dilbər Məmmədova Xoylu kənd Mədəniyyət  evinin direktoru Tarix Diyarşünasliq Muzeyinin və kulubun o,cümlədən kitabxana filialının rəhbərləri  şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür dilədilər.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy  rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev tərəfindən hazırlanmış 8 Noyabr Zəfər  Günü simvoli Xarı Bülbülün tablosu 44 günlük Vətən Müharibəsi  Şəhidləri Elğun Xıdırov,Orxan Namazov,Nemət Məmmədov, Qəhrəman Məmmədov, Qismət Heydərov və Birinci Qarabağ Müharibəsi Şəhidi Yusif Əhmədovun ailə üzvülərinə  təqdim edilmişdir.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin