27.09.2021
26sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi kitabxana sisteminin təşəbbüsü ilə Azərbaycan Silahlı Qüvvələri -nin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Vətən müharibəsinin şəhidi Şəhid Pərviz Tufanoğlu Rüstəmovun ailəsi ilə “Tarix yazan qəhrəmanlar adlı “görüş keçirildi.
İlk öncə Şəhidin məzarı ziyarət olundu! Bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözüylə Samux MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Telli Nəsibova açaraq 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalan Pərviz Rüstəmovun döyüş yolundan bəhs etdi. Sonra Şəhidin bibisi Elya Rüstəmova şəhidin keçdiyi qəhrəmanlıq yolundan danışdı.
Pərviz Rüstəmov Tufan oğlu 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq fəaliyyətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabag müharibəsinin hələ ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Füzuli və Cəbrayıl rayonu istiqamətlərində döyüş yolu keçmişdir. Ən son 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir, lakin düşmən pusqusuna düşərək, şəhidlik zirvəsinə ucalmışdır.
Bibisi və qohumlarıyla son dəfə danışarkən sanki hiss edərmiş kimi mən Şəhid olacam deyə söyləyib Pərviz . Bir müddət nəşi neytralda qalmış, 30 oktyabr 2020-ci il tarixində isə, ailəsinə təvil verilmiş və Samux Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir.
Sonda Gəncə Regional mədəniyyət idarəsi Samux rayon Mərkəzi kitabxananın kollektivi adından şəhid ailəsinə xatirə olaraq şəhid Pərviz Rüstəmovun şəkillərindən ibarət hazırlanmış saat təqdim olundu. Allah bütün şəhidlərimizə rəhmət etsin!