Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Mədəniyyət Mərkəzinin kollektivi şəhid ailəsinə baş çəkib

25.09.2021

25 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mədəniyyət Mərkəzinin kollektivi 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək olan II Qarabağ Vətən Müharibəsində Gəncə şəhərinə atılan raket zərbəsi nəticəsində həlak olan şəhərin dinc sakinlərindən Cəfərova Dürrə Hilal qızının oğlunun ailəsində olmuş, ona baş sağlığı vermişlər.
Sonra Mədəniyyət Mərkəzinin kollektivi Gəncə şəhərindəki Şəhidlər xiyabanına gedərək Dürrə Cəfərovanın və digər şəhidlərin məzarlarını ziyarət etmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.