Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən deyib canından keçənlərim var mənim” adlı görüş keçirilib

27.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı 26 sentyabr 2021-ci ildə II Qarabağ müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar “Vətən deyib canından keçənlərim var mənim” adlı görüş keçirtdi.

Görüşü 1 saylı kitabxana fililının müdiri Züleyxa Məlikova açaraq 27 sentyabr 44 günlük Vətən müharibəsində Zəfər günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsi kimi Azərbaycan xalqı və bütün dünya Azərbaycanlıları tərəfindən qeyd edilir deyərək şəhid Anar Məmmədov və şəhid Rəşad Məmmədov haqqında məlumat verərək tədbiri açıq elan etdi. İlk olaraq söz şəhid Rəşad Məmmədovun anası Rəfiqə Süleymanovaya verildi. Rəfiqə Süleymanova oğlunun həyatından, təhsilindən, keçdiyi döyüş yolundan bəhs etdi. Daha sonra söz şəhid Anar Məmmədovun anası Aybəniz Məmmədovaya verildi. Aybəniz Məmmədova isə öz oğlunun həyat yolundan, təhsilindən, müharibəyə könüllü yazılmasından, ətrafında necə hörmət sahibi olmasından bəhs etdi. Sonra isə, 6 saylı məktəbdə Anar Məmmədovun müəllimi Dilşad müəlliməyə söz verildi. Dilşad müəllimə Anarın məktəbdə necə nümunəvi şagird olmasından bəhs etdi. Dilşad müəllimədən sonra həmin məktəbin hərbi müəllimi Nəriman Sadıqova söz verildi. Və Anarın hərbi hazırlığından bəhs etdi. Daha sonra 6 saylı məktəbin direktoru Vəfa Abbasovaya söz verildi. Vəfa Abbasova gəncliyinizi arzularınızı,  həyatınızı qurban verdiniz, -dedi. Vətən üçün can qoyan, ölümə meydan oxuyan bir gündə doğmalarını qocaldan, analarını bir ömür gözü yaşlı qoyan şəhidlər, bir ömür sizlərə borcluyuq, dedi. Növbəti olaraq 4, 5, 6 saylı məktəbin şagirdləri öz şeirləri ilə şəhidlərimizi yad etdilər. Daha sonra söz şəhidlərimizin döyüş yoldaşları və qazilərə verildi.  Sonda MKS-nin direktor əvəzi Fəridə Qədimovaya verildi. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimizə borcluyuq. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.