24.09.2021
24.09.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Veyisli kənd Folklor kulubunun və Kitabxana filialının təskilatçılığı ilə birgə rayonun Veyisli kəndində Şəhid Arif Ramiz oğlu Süleymanovun evində şəhid və qazi ailələri ilə birgə "Şəhidlərimizi tanıyaq və tanıdaq" adlı görüş keçirilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə birinci Qarabağ Müharibəsinin Şəhid ailələri, Vətən Müharibəsinin Şəhid ailələri, ziyalılar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Tağıyev 44 günlük Vətən Müharibəsində igidlik nümayiş etdirən goranboylu Şəhidlərimizin Arif Ramiz oglu Suleymanovun və Məhəmməd Yusif oğlu Əşrəfovun sücaətliyindən danışdı.
Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından dərin hüzünlə başsağlığı verərək "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsinin bundanda sonra mədəniyyət mərkəzinin əməkdaşları tərəfindən davamlı olaraq tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.
Tədbirdə çıxış edən Veyisli Sənətkarlıq kulubunun rəhbəri Sadiqə Bayramova Kitabxanaçı Sənəm Böyükkisiyeva şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür dilədilər.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev tərəfindən hazırlanmış 8 Noyabr Zəfər Günü simvoli Xarı Bülbülün tablosu 44 günlük Vətən Müharibəsi Şəhidi Arif Ramiz oglu Süleymanovun Məhəmməd Yusif oğlu Əşrəfovun ailəsinə Qazi Toğrul Həsənov, İman Məmmədov,Akşin Quliyev və Birinci Qarabağ Müharibəsinin şəhid bacısı Leyla Kərimovaya təqdim edilmişdir.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin