24.09.2021
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı filialı II Qarabağ müharibəsinin başlandığı gün 27 sentyabr Şəhidlərimizin anım günü ilə əlaqədar “Qarabağ Azərbaycandır” başlığı altında onlayn tədbir keçirdi.
Tədbiri 15 saylı filalın müdir əvəzi Şəhla İlyasova açaraq tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, keçən 2020-ci ilin 27 sentyabrında mənfur düşmən atəşkəsi pozdu və Azərbaycan ordusu Qarabağda anti-terror əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi dövlətimizin başçısı Ali Baş Komandanın cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasəti, xalqımızın birliyi və şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına Qələbə ilə Zəfərlə başa çatdı. Tədbir Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başladı. Sonra qeyd etdi ki, tədbrimizin məqsədi 44 gün davam edən Vətən müharibəsinə bizi aparan yol, üzdəniraq qonşularımızın bizə qarşı olan əsassız torpaq iddialarına bizi narahat edən bu və ya digər məsələləri birlikdə müzakirə etməkdir. Və sözü iştirakçılara verdi. Tədbirdə GDU-nun Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, I Qarabağ müharibəsi qazisi Hüseyn Bəxtiyarlı çıxış etdi. Qeyd etdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixinin ən şərəfli bir səhifəsi kimi qalacaqdır. Azərbaycan xalqı bu günü çoxdan gözləyirdi. 30 il az müddət deyil. Bu dövr ərzində Azərbaycan qlobal müstəvidə kifayət qədər güclü bir dövlət kimi ortaya çıxmış, sosial və iqtisadi tərəqqiyə nail olmuşdur. Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur. Biz sadəcə beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etmək niyyətində olmuşuq. İndi Azərbaycan bayrağı Şuşada dalğalanır. Tədbirdə 16 saylı tam orta məktəbin tarix müəllimi Stella Əliyeva, məktəbin şagirdləri iştirak edirdilər. 16 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Nail Əliyev çıxış etdi. O öz sevimli tarix müəllimi II Qarabağ müharibəsi şəhidi Rəşad Məmmədov haqqında xoş xatirələrini danışdı.
Tədbir QARABAĞ AZƏRBAYCANDIR nidası ilə yekunlaşdırıldı.