Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ölməz zəfər çalanlar” adlı anım günü keçirilib

24.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı Vətən müharibəsi şəhidi Ayxan Mehman oğlu Musayevin doğum gününə həsr olunmuş “Ölməz zəfər çalanlar” adlı anım günü keçirdi.

Tədbirdə filialın müdiri Firuzə Yunusova  şəhidin həyatı və döyüş yolu haqqında danışdı .Qeyd etdi ki, Şəhidimiz Musayev Ayxan 22 sentyabr 2000-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər 6 saylı tam orta məktəbi bitirmişdir.Ayxan 2019-cu ildə Hərbi xidmətə çağırılır. 27. 09.2020 –ci il tarixindən Ayxan II Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşmuşdur.

 Döyüşlərdə yaralanan Ayxan yarası tam sağalmadan yenidən cəbhəyə yollanıb. “Şuşadan sənə şad xəbər deyəcəm”-deyib anası ilə sonuncu dəfə danışanda. 8 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. 20 gün komada qalmasına baxmayaraq Ayxan 28.11.2020-ci il tarixində Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz  29.11.2020-ci il Gəncənin  Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ölümündən sonra  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və” Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Tədbirdə çıxış edənlər AYB-nin üzvü, Gəncə YB-nin baş məsləhətçisi, şair-dramaturq Aləmzər Əlizadə; AMEA-nın Gəncə bölməsi, Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi,filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov şəhidlərin xalqımızın qan yaddaşı olduğunu,unudulmaz, ölməz olduqlarını ,şəhidlərin nisgilimiz, kədərimiz,ürək ağrımız, həm də qürurumuz, fəxrimiz, örnəyimiz olduğunu söylədilər.

 Şəhidin anası Aygün xanım, bacısı, dostları,komandiri Xəqani Orucov onun haqqında xatirələrini bölüşdülər .Şəhidin ailəsi birlikdə olan , Ayxanın xatirəsini birlikdə yad edən hər bir kəsə öz təşəkkürlərini bildirdilər.Oxucular şəhidlərə həsr olunmuş şeirlər söylədilər.