Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “ Ölməzliyə ucalanlar ” adlı tədbir keçirilib

24.09.2021

24 sentyabr  2021-ci il tarixdə  Gəncə  Regional  Mədəniyyət  İdarəsi Goranboy rayon  Mərkəzi Kitabxananın Uşaq şöbəsi  27 sentyabr  II Qarabağ müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar               “ Ölməzliyə ucalanlar ” adlı tədbir keçirdilər.
         Hərbi vətənpərvərlik mövzusunda hazırlanan tədbir II Qarabağ müharibəsində şəhidlik şəhadətinə ucalan Xudayar Yusifzadənin və Şəhidlər xiyabanında  uyuyan iyirmi üç şəhidin  məzarı  ziyarət  olundu.
         Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi, məzarları önünə gül dəstələri qoyuldu.
         Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova II Qarabağ müharibəsi zamanı Bərdə şəhərinin durmadan atəşə tutulmasından, şəhərə dəyən ziyandan söz  açaraq qeyd etdiki, Bərdə sakinləri öz dədə baba torpaqlarını tərk etmədilər.
         Şəhid Xudayar Yusifzadənin nənəsi çıxış edərək birdirdi ki, mən nəvəmlə fəxr edirəm, qürür  duyuram. Əllərində bayraq tutmuş məktəblilər şəhidlərin məzarı önündə hərbi vətənpərvərlik ruhunda yazılmış şerlər söylədilər.