24.09.2021
23.09.2021-ci il tarixində Xocalı rayon İcra Hakimiyyətinin Başçısının Humanitar məsələlər üzrə müavini Lamiyə Qarayeva, Xocalı rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Xocalı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov, Xocalı rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Nəcəf Həsənov məzarları Bərdə və Ağcabədi rayon Şəhidlər xiyabanında olan, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğurunda canlarını fəda etmiş Xocalı rayonundan olan dörd şəhid məzarını və onların ailələrini ziyarət etdik. Şəhid ailələri ilə görüş zamanı onların keçdiyi döyüş yolundan, vətənpərvər-liyindən, 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın belə qəhrəman oğlan-larımızın canı, qanı hesabına düşməndən azad olunması haqqında söhbət etdik. Başda müzəffər Ali Baş Komandan olmaqla Azərbaycan xalqına bu qələbə sevincini yaşat-dıqlarına görə, Vətən üçün belə qəhrəman oğullar böyütdükləri üçün onlara öz minnət-darlığımızı bildirdik.