Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı görüş keçirilmişdir.

24.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Düzqışlaq və Baxcakürd Dəyirmanlar  kənd Mədəniyyət evinin  Kitabxana filialının təşkilatçılığı ilə birgə rayonun Düzqışlaq kəndində  şəhid və qazi ailələri ilə "Şəhidlərimizi tanıyaq və tanıdaq" adlı görüş keçirilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə birinci Qarabağ Müharibəsinin Şəhid ailələri, Vətən Müharibəsinin Şəhid ailələri, Qazilər, ziyalılar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Tağıyev 44 günlük Vətən Müharibəsində igidlik nümayiş etdirən goranboyluların sücaətliyindən danışdı. Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından dərin hüzünlə başsağlığı verərək "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsinin bundanda sonra mədəniyyət mərkəzinin  əməkdaşları tərəfindən davamlı olaraq tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.
Tədbirdə çıxış edən Düzqışlaq kənd Mədəniyyət evinin Direktoru Sevda Sevda Əliyeva, Baxçakürd kənd Mədəniyyət evinin Direktoru Təranə alıyeva və Dəyirmanlar kənd Mədəniyyət evinin Direktoru Sürəyya Quliyeva  şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür dilədilər.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy  rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev tərəfindən hazırlanmış 8 Noyabr Zəfər  Günü simvoli Xarı Bülbülün tablosu 44 günlük Vətən Müharibəsi  Şəhidi Eldar Baxşıyev, Tural Qasımov, Elşən Zeynalov, Akşin Mehdiyev, Mehrab Əliyev və Birinci Qarabağ Müharibəsinin şəhid ailə üzvülərinə  təqdim edilmişdir.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.