Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidlərinin anılması ilə əlaqədar tədbir keçirildi

24.09.2021

23.09.2021-ci il tarixində Xocalı rayon Mərkəzi Kitabxanasında Xocalı rayon mədə-niyyət evinin, Xocalı rayon Mərkəzi Kitabxanasının və Xocalı şəhər 5 saylı klubun birgə təşkilatçılığı ilə karantin rejimi nəzərə alınaraq Vətən müharibəsi şəhidlərinin anılması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə mədəniyyət evinin, Mərkəzi Kitabxananın və 5 saylı klu-bun işçiləri iştirak etdilər.

            İlk olaraq şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi, onların əziz ruhlarına Allahdan rəhmət, ailəsinə, yaxınlarına səbr dilənildi.

            Xocalı rayon mədəniyyət evinin direktoru Hafiz Abbasov bildirdi ki, şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağış-lamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik peyğəmbərlərdən sonra gələn addır. Şəhidlər bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.

            Xocalı rayon Mərkəzi Kitabxanasının Kitabişləmə şöbəsinin biblioqrafı Balış Abışova keçən ilin iyul ayında Tovuz döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olmuş Milli Qəhrəman General-mayor Polad Həşimov haqqında onu tanıyanların dilindən bir sıra xati-rələri dilə gətirdi. O bildirdi ki, Polad Həşimovun xidmət yoldaşları onu qayğıkeş zabit kimi xatırlayırlar. Deyirlər ki, hamıya diqqət göstərirdi. Kimi qayğılı görsə, səbəbi ilə maraqlan- ırdı, köməyini əsirgəmirdi. Qalib Paşayev kursant yoldaşını qürurla, bir qədər də kövrəkliklə xatırlayır. Deyir ki, Polad Həşimov geniş dünyagörüşə malik zabit idi, mütaliəni sevirdi. Həm də xalq mahnılarımızı, muğamlarımızı, saz havalarını çox sevərdi. Polad Həşimovun timsalında bütün şəhidlərimiz bizim qürur yerimiz, fəxrimizdir. Onları heç vaxt unutmaya-cağıq.