24.09.2021
23.09.2021-ci il tarxində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalının işçiləri 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Cavad Səfiyar oğlu Məmmədovun ailəsilə ”Ölümü ilə ölümsüzləşən igidlər”” adlı görüş keçirilmişdir.
Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə Oxu zalının müdiri Mehriban Həbibullayeva açaraq, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən Cavad Səfiyar oğlu Məmmədov haqqında danışdı.
Tədbirdə şəhidin həyat yoldaşı Fərqanə xanım həyat yoldaşı Cavad Məmmədovun Azərbaycan Respublikası Müdafiə nazirinin 30 oktyabr 2000-ci il tarixli əmri ilə “Leytenant”hərbi rütbəsi verilməsindən, 19 mart 2002-ci ildə 13 sentyabr 2003-cü ildə həqiqi hərbi xidmət keçməsindən danışdı.Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq 2020-ci ildə qismən səfərbərlik üzrə yenidən hərbi xidmətə çağırılmasından və motoatıcı taqımın komandiri kimi döyüçlərdə iştirak etməsindən,2020-ci il sentyabrın 28-də Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində “Yaylaq”döyüş mövqeyində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində şəhid olmasından danışdı.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”,”Hərbi xidmətlərə görə”medalları ilə təltif olunub.