Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şəhidlik zirvəsi” adlı görüş keçirilib

24.09.2021

 23.09.2021- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə birgə 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Leytenant Məmmədzadə Elvin İlham oğlunun ailəsi ilə " Şəhidlik zirvəsi" adlı görüş keçirildi.
    Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igidlər haqqında danışıldı. Tədbiri giriş sözü ilə Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açaraq 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərən Məmmədzadə Elvinin döyüş yolundan söz açdı. 

Şəhidin atası İlham Məmmədzadə oğlu Elvin Məmmədzadənin 27 sentyabr 2020- ci ildə başlayan 44 günlük vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsindən,  Şuşa döyüşləri zamanı qəhrəmancasına vuruşaraq şəhid olmasından danışdı.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra " Vətən uğrunda", " Qubadlının azad olunmasına görə", " Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Tədbirin sonunda Samux rayon Mədəniyyət Mərkəzinin kollektivi şəhid anası ilə şəkil çəkdirdi.