Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bəşəriyyətin ən böyük amalı Sülh!” başlıqlı onlayn tədbir keçirilib

21.09.2021

 Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin  24 saylı kitabxana filialı 21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə "Bəşəriyyətin ən böyük amalı Sülh!" başlıqlı onlayn tədbir keçirdi.

Tədbiri filialın müdiri Rahilə Qasımova açaraq  Sülh günü münasibətilə tədbir iştirakçılarını salamladı və sülh gününün yaranması haqqında məlumat verdi. Tədbirdə 18 saylı Körpələr evi uşaq bağçasının müəllimi İlahə Abdullahı, ADAU-nin ictimai elmlər və multikulturalizm kafedrasının müəllimi Şəfa Musayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair dramaturq Aləmzər Əlizadə,  2 saylı peşə liseyinin tarix müəllimi Yeganə İbrahimova,  24 saylı tam orta məktəbin Uşaq təşkilatı birliyinin rəhbəri  Kəmalə Əhmədova, 21 saylı tam orta məktəbin müəllimi Gülnar Abbasova çıxış etdilər. 18 saylı bağçanın körpələri Emin, Gülçin, Sevinc, 21 saylı məktəbdən Səmayə Abbasova, 24 saylı məktəbdən isə Gözəl Əhmədova sülh və vətən haqqında şeirlər söylədilər.

Tədbirdə çıxış edənlər söylədilər ki, 21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin  ailələrdə, məktəblərdə köklü zorakılğa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 sentyabr bütün planet insanları üçün çox vacibdir.  Yaşından, irqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq sülhə nail olmaq istəyən hər kəsin yardımına ehtiyac var. Sülh mövzusu bu gün  Azərbaycan xalqı üçün çox önəmlidir. Sülh- hər bir cəmiyyətin, ümumiyyətlə bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir.  Həmçinin tədbirdə 44 günlük böyük  tarixi qələbədən də, qalib Azərbaycan  ordusunun göstərdiyi böyük qəhrəmanlıqdan  da söhbət açıldı. Sülh əmin -amanlıq, qurub-yaratmaq, dinclık, sosial və mədəni inkişaf deməkdir. Sülhün çarçıları isə gələcəyimiz olan uşaqlardır. Uşaqlar hər zaman sülh əmin-amanlıq, atalı, analı, açıq səma altında azad  yaşamaq arzusunda olublar. Sülh rəmzi olan göyərçinlər də elə buna görə uşaqlar tərəfindən çox sevilirlər.
İstərdik ki, dünyadakı bütün körpələr yuxudan güllə, top səsinə oyanmasın, quşların cəhcəhəsinə, şən sülh nəğməsinə oyansınlar. Bütün  iştirakçılar  Azərbaycana, xalqımıza  əbədi Sülh  arzuladılar.
Sonda sülh gününə həsr edilmiş videoçarx nümayiş etdirildi.