18.09.2021
18 Sentyabr 2021 ci il tarixdə Goranboy şəhər uşaq incəsənət məktəbində Milli musiqi günü münasibəti ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sozu ilə məktəbin direktor əvəzi Akif Abışov açmışdır.Sonra məktəbin nəzəriyyə müəllimi Yeganə Məmmədova dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında çıxıç etdi.Məktəbin müəllimlərdən ibarət Xalq çalğı alətlər ansanbılı bəstəkarın Koroğlu operasından Uvertura ilə konsertə başladılar.Daha sonra məktəbin xor kollektivi Çırpınırdı Qara dəniz mahnısını ifa etdilər.
Məktəbin rəqs kollektivi Cəngi rəqsi ilə Arşın mal alan operasımdam Telli və Vəlinin duetini ifa etdilər.Konsertdə məktəbin Tar ixtisası üzrə II sinif şagirdi Nəbizadə Arif Yaxşı yol,IV sinif şagirdi İbrahimli Ramal II Fantazya,F-No VII sinif şagirdi Həsənova Fidan Cəngi əsərləri ilə çıxış etdilər.Daha sonra Məktəbin Müəllimlərdən ibarət ansanbılı bəstəkarın Koroğlu operasından Xanəndə qiz və Qara göz mahnılarını ifa etdilət.
Tədbirdə məktəbin rəsm şöbəsi bəstəkarın əsərlərindən ibarət rəsm əsərini nümayiç etdirdilər.Sonda tədbir Arşın Mal alan operettasının Müqəddiməsi ilə yekunlaşdı