Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yurdda sülh, cahanda sülh” başlığı altında ədəbii- bədii kompozisiya keçirilib

21.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 21 Sentyabr Beynəlxalq Sülh günü ilə əlaqədar "Yurdda sülh, cahanda sülh" başlığı altında ədəbii- bədii kompozisiya keçirdi.

Tədbiri böyük kitabxanaçı Günel Əliyeva açaraq, sülh gününün yaranma tarixi haqqında məlumat verərək qeyd etdi ki, 21 sentyabr Sülh gününün təhsis olunmağında əsas məqsəd dinindən, dilinidən,irqindən aslı olmayaraq hər bir dövlətin uşaqları sülh şəraitində yaşamaqla yanaşı, yeni qanlı müharibələrin qarşısını  almaq üçün birləşməsindən ibarətdir. Tədbirin davamında Gəncə Dövlət Kukla Teatrının rejissoru Şamil Məmmədovun "Müharibə və uşaqlar" adlı qısa metrajlı sənədli filmi izlənildi.Film II Qarabağ Vətən müharibəsində həlak olmuş və yaxud valdeynlərini itirmiş uşaqlar haqqında çəkilmişdir.Hər kəsdə böyük nifrət hissi oyadan bu film, bir daha düşmənlərimizin necə məkirli, çirkin əməllərinin olduğunu sübut etdirdi. Oxucuların ifasında ədəbii-bədii kompozisiya iştirakçılara təqdim olundu.Sülhə səsləyən şairimiz  Hüseyn Arifin "Mən sülhə səs verirəm", Gülzar İbrahimovanın "Sülh nəğməsi", "Sülhə salam", "Müharibə olmasın", "Vətən" "Zəfər" və s. şeirlər və  musiqilər səsləndirildi. Sonda gənləcəyimiz olan balalara açıq səma altında,sağlam, atalı-analı böyüməyi, azadlıq, ədalət və sülh içində yaşamağı arzu etdik.Oxucuların müşayətilə "Sülh nəğməsi" musiqisiylə tədbir yekunlaşdı.