21.09.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaradağlı kənd Diyarşünaslıq evi, Şadlı kənd kulubu və Kitabxana filialının təşkilatçılığı ilə birgə Qaradaglı kəndində Şəhid Əli Vaqif oglu İsmayılovun evində şəhid və qazi ailələri ilə "Şəhidlərimizi tanıyaq və tanıdaq" adlı görüş keçirilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Vətən Müharibəsinin Şəhid ailələri, Qaziləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Tağıyev 44 günlük Vətən Müharibəsində igidlik nümayiş etdirən goranboyluların sücaətliyindən danışdı. Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından dərin hüzünlə başsağlığı verərək "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsinin bundanda sonra mədəniyyət işçiləri tərəfindən davamlı olaraq tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.
Tədbirdə Şəhid ailələri müharibə veteranları ictimayi birliyinin Goranboy rayon üzrə sədri Orxan Əliyev Qaradağlı kənd Diyarşünaslıq evinin direktoru Dilbazi Əliyeva Şadlı kənd kulubunun müdiri Günay Kazımova kitabxanaçı Şükufə Mövlayeva şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür dilədilər.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev tərəfindən hazırlanmış 8 Noyabr Zəfər Günü simvoli Xarı Bülbülün tablosu 44 günlük Vətən Müharibəsi Şəhidi Tagıyev Şahin Rəhim oglu Əliyev Yadigar Səfixan oglu İsmayılov Əli Vaqif oglu Sadıqov Elvin Namiq oglu və Qazi Sadıqov Əli Aprel Qazisi İlham Əliyevə təqdim edilmişdir.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.