Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Sülh göyərçiniyəm mən “ adlı tədbir keçirilmişdir

21.09.2021

 21 sentyabr 2021-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Beynəlxalq Sülh günü münasibəti ilə “Sülh göyərçiniyəm mən” adlı onlayn tədbir keçirdi.
       Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova tədbir haqqında uşaqları məlumatlandırdı.
       Şöbənin multimedi resursları üzrə mütəxəssisi Rəbiyyə Əliyeva çıxış edərək söylədiki bizim xalq həmişə sülh, əminamanlıq tərəftarı olmuş, heç vaxt müharibə istəməmişik. Biz həmişə müharibəyə yox sülhə səs vermişik.
       Oxucumuş Turan Natiq oğlu qeyd etdi ki, müharibələr həmişə ölkələrə fəlakət, göz yaşı gətirib. Mən bir hərbiçi oğlu olaraq istəmirəm müharibə olsun. Qoy həmişə ölkələrdə sülh olsun, biz xoşbəxt yaşayaq, uşaqların üzündən təbəssüm eskik olmasın. Oxucularımız Əliyeva Ayan, Məmmədova Həqiqət, İbrahimova Günay, İsgəndərov Şirin, Məhərrəmov İbrahim Hüseyn Arifin “ Mən sülhə səs verirəm” şeirindən parçalar söylədi.