Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

21 sentyabr Beynəlxalq Sülh gününə həsr olunmuş tədbir keçirilib

21.09.2021

Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filialları ilə birgə 21.09.2021- ci il tarixdə Beynəlxalq Sülh günü ilə bağlı onlayn tədbir keçirildi. 

Tədbiri Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdı. Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz var - Sülh! Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981 - ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir.2001 - ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnaməyə əsasən o vaxtdan Sülh Günü əlamətdar bir hadisə kimi dünya miqyasında qeyd olunur. Sonra söz Lək kənd Sənətkarlıq evinin müdiri Nəbiyev Cahangirə verildi. İnsanları sülhə, sabitliyə təhlükəsizliyə çağıran bu gün BMT- nin NyuYorkdakı  Baş Qərargahında quraşdırılan " Sülh zəngi" nin çalınması ilə başlayır. Bütün dünya xalqlarına hədiyyəsi olan bu zəngin üzərində yazılmış " Yaşasın Mütləq Dünya Sülhü" sözləri sanki bəşəriyyətin qorunması, silahların susdurulması, sakini olduğumuz dünyamızda əmin-amanlığın təminatı üçün həyəcan siqnalıdır. Qarayeri qəsəbə klubunun müdiri Həsənova Günel çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qeyd olunan istiqamətdə də yeri və roluna öz müsbət təsirini göstərir. Dünyada sülhün, təhlükəsizliyin təminatını vacib amil kimi önə çəkən dövlətimizin başçısı İlham Əliyev bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərir.