21.09.2021
21 sentyabr 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Xanqərvənd kənd kitabxana filialında Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Haqq aşığı” adlı tədbir keçirildi.
Tədbiri kitabxana filialın müdiri Nailə Cəfərova açdı. Aşığın həyat və yaradıcılığı haqqında məlumat verdi.
Fəal oxucu Mehtili Gülşən çıxışında Ələsgəri müdrikliyin zirvəsi adlandırdı. İllər Həsənova aşığın yaradıcılığında gözəlliyin təsvirindən söhbət açdı. Aşığın bir neçə qoşma və gəraylısından bəndləri Ləman Mehdiyeva və Reyhan Nəbiyeva söylədilər.