21.09.2021
21.09.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon mədəniyyət evinin, Xocalı rayon Mərkəzi Kitabxanasının və Xocalı şəhər 5 saylı klubun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin adı ilə bağlı olan Şəhidlər bulağı ziyarət edildi.
İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi, onlara Allahdan rəhmət, ailələrinə səbr dilənildi.
Ziyarətə gələnlər Şəhidlər bulağının ətrafını güllərlə bəzədi, bulağın suyundan içdi-lər.
Xocalı rayon mədəniyyət evinin direktoru Hafiz Abbasov şəhidlərimiz haqqında gözəl fikirlər səsləndirdi, onların qəhrəmanlıqlarını dilə gətirdi. O bildirdi ki, şəhidlərimizin Azərbaycan xalqının üzərində haqqı o qədər çoxdur ki, son nəfəsimizə qədər onların ideyaları uğrunda çalışsaq da haqlarını ödəmək mümkün deyil. Çünki şəhidlərimiz bizim uğrumuzda cavan canlarını qurban verib, ruhlarını Allaha təslim etdilər.
Xocalı rayon Mərkəzi Kitabxanasının direktoru Bəhram Məmmədov çıxış edərək bil-dirdi ki, rəhbərimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 30 ilə yaxın işğalda qalan torpaqlarımız azad olundu. Məhz bu qələbəmiz üçün cənab prezident İlham Əliyevə və qüdrətli Azərbaycan ordusuna bir xalq olaraq sonsuz təşəkkürümüzü bildiririk. Yaşasın müzəffər Ali Baş Komandan, yaşasın qalib Azərbaycan xalqı!
Sonda şəhidlərimizin əziz ruhuna dualar edildi.