21.09.2021
21 sentyabr 2021-ci il tarixində sentyabrın 19-20-də Gəncə şəhərində keçirilən “GƏNCƏSƏNƏT” incəsənət, sənətkarlıq və yaradıcılıq yarmarkasının yüksək səviyyədə təşkili üçün Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezindenti Müzadil Həsənova və Gəncə İctimai İştirakçılıq Məclisinə və məclisin üzvü Gülnar Məmmədovaya Regional idarənin Təşəkkürnamələrini təqdim etmişdir.
Həmçinin “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezindenti Müzadil Həsənova səmərəli fəaliyyəti üçün Cavad xanın kiçik ölçüdə suvenir büstü hədiyyə edilmişdir.
Müzadil Həsənov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova öz səmimi minnətdarlığı bildirmiş və qeyd etmişdir ki, Regional idarə ilə iş birliyimiz bundan sonra da daha sıx davam edəcəkdir.