20.09.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 20.09.2021-ci il tarixində Beynəlxaq Sülh günü ilə "Dünyanı Sülhə səsləyək" başlığı altında məktəblilərlə onlayin şeir saatı keçirtdi. Tədbiri giriş sözü ilə açan şöbənin kitabxanaçısı Nərmin Qasımova tədbir iştirakçılarını salamlayaraq Beynəlxalq sülh günü haqqında məlumat verdi və bildirdi ki, BMT-nin 1981-ci ildə təsis etdiyi bu tarixi gün atəşkəs günü kimi elan edilib.O, insan hüquqlarından ən önəmlisinin yaşamaq hüququ olduğunu, bu hüququn isə yalnız sülh, sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmin olunmasının mümkünlüyünü vurğuladı. Sülhün qorunması, insanlarin əmin-amanlıqda yaşaması, amansız müharibəsiz və hər cür zorakılığın dayandırılması arzusu bütün tarixi boyu bəşəriyyəti düşündürmüşdür. Sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsi Azərbaycanın vətəndaşlarının da həmişə sülh şəraitində yaşamaq arzusunda olduqlarını diqqətə çatdırdı. Daha sonra Uşaq şöbəsinin müdiri Ellada Rəhimova bildirdi ki, sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülhün qorunması uşaqlarımızın qorunması deməkdir. Bütün müharibələr sülh ilə sona çatıb. Sülh bütün vasitələrdən güclüdür. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir. Tədbirin sonunda 26 saylı tam orta məktəbin şagirdləri sülhə həsr olunmuş şeirlər söylədilər.