Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı görüş keçirilmişdir.

20.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Borsunlu kənd, Qazanbulaq qəsəbə  Mədəniyyət evi Kitabxana filialının təşkilatçılığı ilə birgə Borsunlu kənd sakini Kəşfiyyatçı MAXE 44 günlük Vətən Müharibəsi Şəhidi Cahangir Məmməd oğlu Qurbanovun evində  şəhid və qazi ailələri ilə "Şəhidlərimizi tanıyaq və tanıdaq" adlı görüş keçirilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Birinci Qarababağ müharibəsi və Vətən Müharibəsinin şəhid ailələri, qaziləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Tağıyev 44 günlük Vətən Müharibəsində igidlik nümayiş etdirən goranboyluların sücaətliyindən danışdı. Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından dərin hüzünlə başsağlığı verərək "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsinin bundanda sonra mədəniyyət işçiləri tərəfindən davamlı olaraq tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.
Tədbirdə Borsunlu  kənd Mədəniyyət evinin direktoru Gulnar Abdullayeva və Qazanbulaq qəsəbə  Mədəniyyət evinin direktoru Səlfinaz Səfərova, kitabxanaçılar Cəmilə Nəzərova Ulduz Nəsirova  şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür dilədilər.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy  rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev tərəfindən hazırlanmış 8 Noyabr Zəfər Gunü Xarı Bülbülün tablosu 44 günlük Vətən Müharibəsi  Şəhidi Cahangir Məmməd oğlu Qurbanov, Nicat Nəriman oglu Nəsibov, Qazi Elmar Nəsirov və Qazi Samir Namazov bununla yanaşı Birinci Qarabağ Müharibəsi Şəhid ailələrinə təqdim edilmişdir.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.