Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Musiqi gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir

17.09.2021

17 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Mədəniyyət Mərkəzində "Milli Musiqi Günü" ilə bağlı məsafəli dəyirmi masa keçirildi.

Tədbiri Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. O qeyd etdi ki, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır.

Mədəniyyət Mərkəzinin sənətşünaslıq təlimatçısı Şəbnəm Bağırova qeyd etdi ki, Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu" operasıdır.  "Koroğlu" təkcə Azərbaycan Mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. O, "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Əsli və Kərəm", "Harun və Leyla" kimi milli operalar yazmışdır.

Sonra söz Mədəniyyət Mərkəzinin informasiya və texnologiya üzrə mütəxəssisi Məlahət Məhərrəmovaya verildi. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşanacaq.