Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Musiqi Günü ilə əlaqədar tədbir keçirilmişdir

17.09.2021

17 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin nəzəriyyə şöbəsi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirtdi.

Tədbiri giriş sözü ilə açan nəzəriyyə şöbəsinin müdiri Nailə İbrahimova Milli Musiqi Günü haqqında məlum verdi.

Azərbaycan Dövlət Himni səsləndirildi. Müəllim Mehriban Əkbərova dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında mühazirə söylədi.

Məktəbin şagirdləri Nəzrin Rəcəbzadə, Ayxan Əliyev, Fərid Qulamov, Fərman Aslanov bəstəkarın əsərlərindən musiqi nömrələri təqdim etdilər.

sonra məktəbin direktoru Ramail Atayev Milli Musiqi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.