Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Musiqi Günü ilə əlaqədar tədbir keçirilmişdir

17.09.2021

17 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon Mədəniyyət evində Milli Musiqi Günü ilə bağlı Xocalı rayon Mədəniyyət evinin, Mərkəzi Kitabxananın və 5 saylı klub ilə birlikdə karantin rejimi nəzərə alınaraq dəyirmi masa ətrafında tədbir keçirilmişdir.

            Rayon mədəniyyət evinin direktoru Hafiz Abbasov çıxış edərək dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi. O bildirdi ki, 18 sentyabr günü dahi Üzeyir Hacıbəyovun doğum günüdür. Rəsmi olaraq həmin gün 1995-ci ildən Milli Musiqi Günü kimi qeyd edilir. Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur. 1908-ci ilin yanvarında tamaşaya qoyulmuş ilk Azərbaycan operası “Leyli və Məcnun”un müəllifi Üzeyir Hacıbəyov yeddi il ərzində bir-birinin ardınca beş opera, üç operetta yaratmışdır. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan” xalq arasında tezliklə geniş şöhrət qazandı və indiyə qədər səhnəmizdə müvəffəqiyyətlə tamaşaya qoyulur. Bundan sonra o, Azərbaycan operasının şah əsəri olan “Koroğlu”nu yaratdı. O, bəstəkar fəaliyyətini getdikcə genişləndirərək çoxlu mahnılar, romanslar, kantatalar və başqa musiqi əsərləri yazmışdır.

            Xocalı rayon Mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova Üzeyir Hacıbəyov haqqında öz fikirlərini söyləmişdir