Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailələri ilə görüş keçirilmişdir

17.09.2021

16 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Yeniyol kənd Diyarşünasliq və Xanqərvənd kənd Mədəniyyət evinin əməkdaşları Goranboy rayon Xanqərvənd və Əlirzalı kəndlərindən olan 44 günlük Vətən Müharibəsi şəhidləri Ağalarov Nahid Musa oğlu və Şahmalıyev Əzim Namiq oğlunun ailələri ilə görüş keçiriblər.

Keçirilən görüşdə şəhidlərin ailə üzvləri və qazilər iştirak ediblər.

Görüşü rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Elçin Tağıyev şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib, qazilərimizə isə sağlamlıq arzuladılar.

Sonda şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev tərəfindən göndərilmiş 8 Noyabr Zəfər Gunü "Xarı Bülbül" tablosu təqdim edilmişdir.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz təşəkkürlərini ifadə etdilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.